
Bakı. Trend:
Niderland millisi dünya çempionatının qrup mərhələsinin ikinci
tur matçında İsveçi 5-1 hesabı ilə məğlub edib.
Görüş ABŞ-nin Texas ştatının Hyuston şəhərində baş tutub.
Qalib komandanın heyətində Brayan Brobbi (5-ci, 17-ci
dəqiqələr), Kodi Qakpo (47-ci, 54-cü dəqiqələr) və Krisensio
Sammervil (89-cu dəqiqələr) vurublar. İsveç millisindən Antoni
Elanqa (59-cu dəqiqə) fərqlənib.
Niderland komandası 4 xal qazanaraq F qrupunda liderlik edir,
İsveçlilər isə 3 xalla ikinci yerdədirlər.

