
Bakı. Trend:
Misir milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının
qrup mərhələsinin ikinci turunda Yeni Zelandiya yığmasını 3:1
hesabı ilə məğlub edib.
Qarşılaşma Kanadanın Vankuver şəhərində keçirilib.
Qalib komandanın heyətində qolları Mostafa Ziko (58-ci dəqiqə),
Məhəmməd Salah (67) və Trezeqe (82) vurublar. Yeni Zelandiyadan
Finn Serman (15) fərqlənib.
Bu qələbə Misir yığması üçün dünya çempionatları tarixində ilk
qələbə olub. Bundan əvvəl misirlilər mundiallarda 8 oyun keçirmiş,
3 dəfə heç-heçə etmiş, 5 dəfə isə məğlub olmuşdular.

