3 ay ərzində 359 yanğın baş verib. Sığorta həllərinə keçmək vaxtıdır

Baş səhifə

Bakı. Trend:

Bu gün evlərdə “açarı qonşuya vermək” mədəniyyəti tarixə
çevrilib. Bəzən qonşular bir-birini çox vaxt tanımır belə. Amma siz
harasa gedəndə evi tamamilə boş qoyanda, risk azalmır, əksinə
artır. Bu bütün dünyada belədir.

Məsələn, FTB-nin (Federal Təhqiqatlar Bürosu) məlumatına görə,
ABŞ-da yanğın və oğurluqların təxminən 30%-i insanların evdə
olmadığı dövrlərə düşür, yay aylarında isə bu göstərici 10-15%
yüksəlir. Azərbaycanda da mənzərə fərqli deyil. 2026-cı ilin I rübü
ərzində 359 yanğın hadisəsi baş verib. Həmin hadisələrdə 42 nəfər
xəsarət alıb, 9 nəfər xilas edilib. Araşdırmalara görə bu cür
hadisələrin əksəriyyəti, yəni təqribən 70%-i məhz mənzillərdə və
fərdi evlərdə baş verib.

Qonşu belə hadisəni görüb xəbər verə bilər, amma yanan mənzilin,
subasmadan zədələnmiş əşyaların dəyərini ödəmir. Sığorta isə
hadisəni önləməsə də, məhz bu maddi itkini qarşılayır və sizin
yükünüzü öz üzərinə götürür.




Qonşuluq münasibətləri dəyərlidir və qalmalıdır. Amma köhnə
vərdişləri müasir həllərlə tamamlamaq daha ağıllı seçimdir. PAŞA
Sığorta şirkəti sığorta bazarında innovativ həlləri ilə seçilir.
Ona görə də səyahətə çıxmadan əvvəl evinizi mütləq PAŞA
Sığorta
şirkətində sığortalayın.

Unutmayın, bəzən təhlükəsizlik açarı qonşuda yox, doğru
qərardadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir