
Xəbər verdiyimiz kimi, Xəzər rayonu Mərdəkan çimərliyində 4 nəfər dənizdə batıb.
Metbuat.az xəbər verir ki, dalğıc-xilasedicilərin apardıqları axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda dənizdə batan dördüncü şəxs – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

