
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i
səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı
yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı
hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı
yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
daşqın və sel keçəcəyi istisna olunmur.

