
Bakı. Trend:
Dünyanın nüfuzlu ali təhsil reytinq təşkilatlarından olan
Times Higher Education (THE) tərəfindən hazırlanan Impact
Rankings 2026 nəticələri açıqlanıb.
UNEC builki reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə
yaxşılaşdıraraq mühüm uğura imza atıb. Belə ki, UNEC 1603 ali
təhsil müəssisəsi arasında dünyanın ən yaxşı 301-400-cü
universiteti olub. Ötən il reytinqdə 801-1000-ci sırada yer aldığı
halda, UNEC bu il dünyanın ən yaxşı TOP 400 universiteti adını
qazanıb.
Bütövlükdə, 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 16-sı üzrə
UNEC-in nəticələri dünya üzrə median göstəricilərdən yüksəkdir.
UNEC “Bərabərsizliyin azaldılması” istiqaməti üzrə dünyada 19-cu
yerdədir və TOP 20 universitet sırasına daxil olub.
Bundan başqa, UNEC “Sərfəli və təmiz enerji” istiqaməti üzrə
46-cı, “Keyfiyyətli təhsil” üzrə isə 64-cü yeri tutaraq dünyanın
TOP 100 ən yaxşı universiteti arasında yer alıb.
Eləcə də UNEC “Yoxsulluğa son”, “Aclığa son”, “Təmiz su və
sanitariya”, “Məsuliyyətli istehlak və istehsal” və “Torpaq
ekosisteminin mühafizəsi” istiqamətləri üzrə 101-200-cü yerə
yüksəlib.
Qeyd edək ki, THE Impact Rankings universitetlərin BMT-nin
Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini, onların cəmiyyətə,
iqtisadiyyata və ətraf mühitə təsirini qiymətləndirən ən nüfuzlu
beynəlxalq reytinqlərdən biridir.

