Sabah çimərliklərdə gözlənilən hava açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun
25-də şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz
olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) 22-23,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə
isti olacaq.




Səhiyyə Nazirliyinin rəsmi saytında dərc olunan məlumata görə
isə, bəzi çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin
müvəqqəti məhdudlaşdırılıb.

“2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə
Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin
əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə
monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam
etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və
mikrobioloji göstəricilər üzrə müayinə olunur”.

Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, istirahət
mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu
xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli
İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da
tədqiq edilir:

“Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi
ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və
mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və
qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan,
Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun
Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi
qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz
rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə
sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə
çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində
normativ tələblərdən kənarlaşmalar qeydə alınıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir