
Bakı.Trend:
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib.
Trend-in əldə
etdiyi məlumata görə, hadisə rayonun Qaraağac–Beşdəli kəndi
ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili digər
avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü,
1978-ci il təvəllüdlü İbadov Bəyanət Kamil oğlu aldığı
xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

