Hörmüz boğazında tanker vurulub

Baş səhifə

Hörmüz boğazında üzən tanker naməlum mərminin hədəfinə çevrilib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, tankerin naməlum mərminin dəyməsi nəticəsində zədələndiyi bildirilir.

Hadisə nəticəsində gəminin kapitan körpüsünə ziyan dəyib. İlkin məlumata əsasən, ekipaj üzvləri arasında xəsarət alan olmayıb, həmçinin ətraf mühitin çirklənməsi qeydə alınmayıb.

Hadisənin başvermə şəraiti və hücumu həyata keçirən tərəf hələlik müəyyən edilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir