Xüsusi təyinatlıların “Qafqaz Qartalı – 2026” təlimi başa çatıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı
bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi
bazasında keçirilən “Qafqaz Qartalı – 2026” birgə taktiki-xüsusi
təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, təlimin bağlanış mərasiminə iştirakçı ölkələrdən
yüksəksəviyyəli qonaqlar qatılıblar.

Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə
iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı
bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını
bildiriblər.

Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində
regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının
yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu
bildirilib.

Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın,
yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis
partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant
endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar
üzrə tapşırıqları yerinə yetiriblər.

İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini
izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri
tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək
xidmətlərində uğurlar arzulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir