Türkiyəli millət vəkili: “Ermənistanın Azərbaycana hücumu Türk dünyasına hücumdur”

Siyasət

Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan Dostluq Qrupunun üzvü və AKP-dən (Ədalət və İnkişaf Partiyası) olan deputat Yunus Kılıç Ermənistanın Azərbaycana hücumunu qınayıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, o bunu bütün türk dünyasına hücum hesab edir:

“Bu hücumu yalnız Azərbaycana qarşı deyil, bütün Türk dünyası və Türkiyəyə qarşı hücum hesab edənlərdənəm”.

Kılıç TBMM Azərbaycan Dostluq Qrupu olaraq yaxın günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını da əlavə edib:

“Dəstəyimizi göstərmək üçün ən qısa zamanda Azərbaycana getməyi planlaşdırırıq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir