
Bakı. Trend:
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərinin
tarixləri müəyyənləşib. Seçkilərin birinci turu 18 aprel, ikinci
turu isə 2 may 2027-ci ildə keçiriləcək.
Bu barədə Fransa mətbuatı hökumətə yaxın mənbələrə istinadən
məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron ardıcıl iki
müddət prezident vəzifəsində çalışdığı üçün yenidən namizəd ola
bilməyəcək.
Fransada prezident seçkiləri iki turdan ibarətdir. Birinci turda
namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplamadığı
təqdirdə, ən çox səs qazanan iki namizəd ikinci turda mübarizə
aparır.
2027-ci il prezident seçkilərində ifrat sağçı Milli Birlik (RN)
partiyasının sədri Jordan Bardella əsas namizədlərdən biri hesab
olunur. İctimai rəy sorğularına əsasən, onun birinci turu keçərək
seçkinin favoritlərindən biri olacağı gözlənilir.
RN-nin parlament fraksiyasının rəhbəri Marin Le Penin
namizədliyi isə korrupsiya işi üzrə məhkum edilməsi və ona tətbiq
olunan 5 illik siyasi fəaliyyət qadağası ilə bağlı apellyasiya
prosesinin nəticəsindən asılı olacaq. Həmin iş üzrə qərarın 7
iyulda açıqlanacağı gözlənilir.
Keçmiş daxili işlər naziri Bruno Retailleau və Fransanın sabiq
prezidenti Fransua Olland da prezident seçkilərində namizədliyi
hallanan siyasətçilər sırasındadır.

