
Bakı. Trend:
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Hörmətli Aleksandr Qriqoryeviç.
Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü
münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul
edin.
Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə
qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə
olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək
ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata
keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla
zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli
əməkdaşlığın möhkəmlənməsinə kömək edir.
Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus
Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji
tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə
gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost
Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.

