
Bakı.Trend:
ABŞ-nin Ohayo ştatının Rittman şəhərində baş verən silahlı
insident nəticəsində azı dörd nəfər həlak olub.
Bu barədə “ABC telekanalı” məlumat yayıb.
Məlumata görə, polis yaşayış evində baş verən atışma ilə bağlı
çağırış əsasında hadisə yerinə gəlib.
Hadisə yerində şübhəli şəxslə asayış keşikçiləri arasında atışma
baş verib. Nəticədə bir polis əməkdaşı həlak olub, daha dörd polis
yaralanıb. Şübhəli şəxs isə polis tərəfindən
zərərsizləşdirilib.
Daha sonra evdə daha iki nəfərin meyiti aşkar edilib. Ölənlər
arasında 13 yaşlı uşaq da var.
Faktla bağlı araşdırma aparılır.

