Rusiyanın Baş prokuroru Kamran Əliyevin müraciətinə cavab verdi

Siyasət

Xəbər verildiyi kimi, bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Açıqlamada deyilir:

“Göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.

01.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Baş Prokuroru rəsmi məktubla cavab verərək, hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Həmçinin, Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqeyini də bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulayıb”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir