Kabo-Verde millisinin müdafiəçisindən qəribə etiraf – DÇ-2026

Baş səhifə

Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes etiraf edib ki,
ölkə yığmasına iş axtarışı üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə
dəvət alıb. Reuters-in məlumatına görə, Kabo-Verde Futbol
Assosiasiyası onunla LinkedIn sosial şəbəkəsi üzərindən əlaqə
saxlayıb.

Maraqlıdır ki, İrlandiyada doğulan futbolçu (atası Kabo-Verde
əsillidir – red.) portuqal dilində göndərilən ilk mesajı spam hesab
etdiyi üçün ona əhəmiyyət verməyib.

“Doqquz ay sonra onlar mənə yenidən, bu dəfə ingilis dilində
yazdılar və Kabo-Verde millisində oynamaq təklifini
düşünüb-düşünmədiyimi soruşdular. Yalnız bundan sonra əvvəlcədən
etməli olduğum şeyi etdim – ilkin mesajı Google Translate
vasitəsilə tərcümə etdim. Sosial şəbəkə vasitəsilə əlaqə saxlamaq
kifayət qədər qeyri-adi yanaşma idi. Sonradan mənə izah etdilər ki,
klubumla əlaqə yaratmaqda çətinlik çəkiblər. Qarşımda belə bir
imkanın açıldığını başa düşəndən sonra ilk andan bu ideyanı
dəstəklədim və bütün zəruri sənədlərin hazırlanması üzərində
işləməyə başladıq”, – deyə Lopes bildirib.




Kabo-Verde millisi 2026-cı il dünya çempionatında çıxışını 1/16
final mərhələsində Argentinaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub
olaraq başa vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir