
Bakı.Trend:
Cənubi Koreyanın Seul Rayon Məhkəməsi sabiq prezident Yun Sok
Yolu siyasi fondlar haqqında qanunu pozmaqda təqsirli bilib və o
daha iki il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə bazar ertəsi “Yonhap” agentliyi məlumat yayıb.
İstintaq müəyyən edib ki, sabiq prezident 2021-ci ilin
aprelindən 2022-ci ilin martınadək “Future Korea Research
Institute” təşkilatının yaradıcısı olan iş adamı Myon Te Kyundan
hər hansı ödəniş olmadan 14 ictimai rəy sorğusunun aparılmasını
istəyib.
Qanun pozuntusu ondan ibarət olub ki, prezident ödənişsiz
əsaslarda keçirilən sorğuların müqabilində iş adamının parlamentə
namizədliyini dəstəkləyəcəyinə söz verib.
Bununla əlaqədar Yun Sok Yol daha iki il müddətinə azadlıqdan
məhrum edilib, həmçinin onun mülkiyyətindən təxminən 13,96 milyon
von (təxminən 9,3 min ABŞ dolları) məbləğində vəsaitin müsadirə
olunmasına qərar verilib.

