
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də
Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə
görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının
əhəmiyyəti vurğulanıb.
“Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol
oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu
nümunələrindən biri kimi dəyərləndirilib. Görüş zamanı Azərbaycan
ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində
qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub”.
“Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev,
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru
Əziz Əliyev görüşdə iştirak ediblər”, – deyə məlumatda qeyd
edilib.

