Tramp: İran danışıqlara qayıtmasa, ABŞ zərbələri davam etdirəcək

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran danışıqlar masasına qayıtmayacağı təqdirdə ABŞ yaxın günlərdə və gələn həftə də İrana zərbələri davam etdirəcək.

Bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Biz bu gün, sabah, birisi gün və gələn həftə də onlara zərbələr endirəcəyik”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti vurğulayıb ki, hücumların dayandırılmasının əsas şərti Tehranın danışıqlar masasına qayıtmasıdır.

Tramp, həmçinin dünya bazarlarına neft nəqli üçün Hörmüz boğazını əvəz edə biləcək “çox yaxşı alternativ marşrutların” mövcud olduğunu iddia edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir