
Bakı.Trend:
İmişli rayonunun Çaxırlı kəndi ərazisində baş vermiş yanğın
hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən
edilib.
Trend-in
məlumatına görə, araşdırmalarla yanğının kənd sakini, 30 yaşlı
Rəhman Məmmədzadə tərəfindən törədildiyi məlum olub. Hadisə
nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Faktla bağlı Rəhman Məmmədzadə barəsində qanunvericiliyə uyğun
məsuliyyət tədbiri görülüb.

