Məşhur şirkət 890 milyon avro cərimələndi

Baş səhifə

Avropa Komissiyası “Google” korporasiyasını Rəqəmsal Bazarlar Haqqında Qanunun tələblərini pozduğuna görə 890 milyon avro məbləğində cərimələyib.

Modern.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi bəyanatında bildirilir ki, ABŞ şirkəti rəqəmsal mühitdə bərabər rəqabət şəraitinin təmin edilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməyib.

Komissiyanın iddiaları “Google”un iki əsas fəaliyyət sahəsi ilə bağlıdır. Belə ki, Aİ tənzimləyicisinin qənaətinə görə, şirkət axtarış nəticələrində öz şəxsi servislərinə üstünlük verib. Həmçinin, şirkət tərtibatçılara “Google” ekosistemindən kənarda daha əlverişli təkliflər barədə istifadəçilərə pulsuz məlumat vermək imkanı yaratmayıb.

Bundan əlavə, qurum “Google”a aşkar edilmiş pozuntuları 60 gün ərzində aradan qaldırmağı tapşırıb. Tələblər icra olunmazsa, şirkəti əlavə sanksiyalar gözləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir