
Bakı.Trend:
Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğının
söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi
rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə, otluq sahədə yanğın baş
verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

