“Sabah”ın oyununu bu telekanal verəcək

Baş səhifə

Bu gün futbol azarkeşlərin böyük maraqla gözlədiyi bir sıra qarşılaşmalar keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycanın “Sabah” klubu Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Komandamız Finlandiyada yerli “KuPS”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu iyun İctimai Televizyada canlı yayımlanacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

28 iyul

Çempionlar Liqası
19:00. “KuPS” – “Sabah” (İctimai TV)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir