Paşinyan Ermənistan hökumətinin istefa verəcəyi tarixi açıqladı

Baş səhifə

Bakı.Trend:

Ermənistan hökuməti avqustun 2-də, bazar günü istefa verəcəyini
elan edəcək.

Ermənistan KİV-in yazdığına görə, bu barədə Baş nazir Nikol
Paşinyan bildirib.




“Avqustun 2-də Ermənistanın 9-cu çağırış parlamentinin
formalaşdırılması ilə əlaqədar və Konstitusiyaya uyğun olaraq
istefamızı elan edəcəyik. Bundan sonra Ermənistan Prezidenti
parlament çoxluğu tərəfindən irəli sürülən namizədi baş nazir təyin
edəcək. Beləliklə, bugünkü tərkibdə sonuncu dəfə toplaşırıq”, –
deyə Paşinyan hökumətin iclasında bildirib.

Qeyd edək ki, iyunun 14-də açıqlanan parlament seçkilərinin
yekun nəticələrinə əsasən, Paşinyanın “Vətəndaş Müqaviləsi”
Partiyası səslərin 49,7 faizdən çoxunu qazanıb. Bu nəticə partiyaya
yeni hökuməti təkbaşına formalaşdırmaq imkanı verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir