Qaxda iki maşın toqquşdu – Ölən və yaralananlar var

Baş səhifə

Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Modern.az məlumat verir ki, qəza nəticəsində “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb.

Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev, eləcə də “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Hadisə zamanı yaralanan şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir