Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Baş səhifə

Xalq yazıçısı Elçinin vəfatının birinci ildönümü münasibətilə məzarı ziyarət olunub, qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Birinci Fəxri Xiyabanda təşkil olunan mərasimdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Ombudsman Aparatının rəhbərliyi, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, eləcə də yazıçının ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Elçinin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayıb. O bildirib ki, yazıçının zəngin ədəbi irsi gələcək nəsillər üçün də dəyərini qoruyacaq və onun adı əsərləri ilə yaşayacaq.

Xalq yazıçısı Anar isə Elçinin xatirəsini ehtiramla yad edərək onun yaradıcılığını Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.

Yazıçının qızı, Milli Məclisin deputatı Günay Əfəndiyeva atasının vəfatından sonra cəmiyyətin ona göstərdiyi ehtiramın ailələri üçün böyük təsəlli olduğunu bildirib.

“Atam çox şərəfli ömür yaşayıb. Sevinirəm ki, bu gün də insanlar onu xoş xatirələrlə yad edir və xatirəsini yaşadırlar”, – deyə o qeyd edib.

Günay Əfəndiyeva, həmçinin, Xalq yazıçısının xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Elçinin qəbirüstü abidəsinin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Xatırladaq ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.

1539102

1539103

15391041539105

1539106

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir