
Bakı.Trend:
ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları səbəbindən 65 mindən
çox insan təxliyə edilib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yanğın artıq Spokan dairəsində
700-dən çox tikilini məhv edib, alovun əhatə etdiyi ərazi isə 3 min
hektarı ötüb. Xilasedicilərin bütün səylərinə baxmayaraq yanğını
hələ ki, lokallaşdırmaq mümkün olmayıb.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson CNN-ə bildirib ki,
yerli hakimiyyət orqanları daha əvvəl yardım üçün müraciət etmiş,
lakin sonradan əlaqə kəsilən 14 nəfərin yerini müəyyənləşdirməyə
çalışır. O vurğulayıb ki, həmin şəxslər hələ ki, itkin düşmüş hesab
edilmirlər.

