Fransada 400-dən çox meşə yanğını törədən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Fransada yay mövsümünün əvvəlindən bəri ölkədə baş verən meşə
yanğınları ilə əlaqədar 402 nəfər saxlanılıb.

Bunu Fransanın daxili işlər naziri Loran Nunes mətbuat
konfransında bildirib.

Onun sözlərinə görə, saxlanılanlar qəsdən və ya ehtiyatsızlıqdan
yanğın törətməkdə şübhəli bilinirlər. Onların arasında 156 azyaşlı
da var.




Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yay
mövsümünün əvvəlindən ölkədə 14 min yanğın hadisəsi qeydə alınıb,
nəticədə 120 min hektar ərazi yanaraq məhv olub.

Hazırda ölkənin 16 departamentində isti hava ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi qüvvədədir. Meteoroloqların proqnozuna
görə, yüksək temperatur cümə gününədək davam edəcək.

Var departamentində isə iki həftədir davam edən meşə yanğınının
söndürülməsinə 1 000 yanğınsöndürən cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir