Şəkidə 7 hektar ərazidə yanğın baş verib

Baş səhifə

Şəkidə açıq ərazidə yanğın baş verib.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, hadisə rayonun Küdürlü kəndi inzibati ərazisində, yol kənarındakı açıq sahədə qeydə alınıb. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir