Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

Baş səhifə

Paytaxtın Sabunçu, Xəzər, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir