
Bakı.Trend:
Oman sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan və
sanksiyalar altında olan “Caroline Bezengi” neft tankeri batır.
Bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat
yayıb.
Gəmi təxminən iki ay əvvəl Omanının cənub-qərbində, Kibliya
adası yaxınlığındakı qorunan ərazidə saya oturub.
Nəşrin yaydığı peyk görüntülərində, demək olar ki, 800
kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə
alınıb.

