
Bakı.Trend:
FİFA hər hansı səbəbdən Canni İnfantinonu dəyişdirməyi
düşünərsə, dəhşətli səhvə yol verər.
Bunu ABŞ Prezidenti Donald Tramp FIFA rəhbəri Canni İnfantinoya
dəstək olaraq bildirib.
ABŞ prezidenti qeyd edib ki, FİFA-nın hazırkı rəhbəri tarixdə
“ən uğurlu dünya çempionatını” keçirib və onun vəzifədən getməsi
halında dünya çempionatları bir daha bu qədər gəlirli
olmayacaq.
İyulun sonunda İnfantinonun dünya çempionatlarındakı paylarını
özəl investorlara satmaq qərarına gəldiyi məlum olub. Təxmin
edilirdi ki, hüquqların təxminən 20 faizi Donald Trampın kürəkəni
Cared Kuşnerin qardaşı – Coşua Kuşnerin rəhbərlik etdiyi özəl
investorlar qrupuna veriləcək.
Bu ideya milli futbol federasiyalarının kəskin tənqidinə səbəb
olub. Onlar payın satılması ilə bağlı qərar qəbul ediləcəyi
təqdirdə dünya çempionatlarını boykot edəcəkləri ilə hədələyiblər.
Bundan sonra FİFA dünya çempionatındakı payların özəl investorlara
satılması planından imtina etdiyini açıqlayıb, İnfantino özü isə
rəsmən üzr istəyib.

