Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib

Baş səhifə

Bakı. Trend:

Romaya yaxın Kolferro şəhərində yerləşən “Knds Ammo Italy”
sursat zavodunda yanğın, ardınca isə güclü partlayış baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayış zavodun barıtın preslənməsi bölməsində
baş verib. Hadisə zamanı zavodda təxminən 20 əməkdaş olub və
onların hamısının vəziyyətinin yaxşı olduğu bildirilir.

Yanğınsöndürənlər ərazinin təhlükəsizliyinin təmin edilməsi
istiqamətində işləri davam etdirirlər. Hadisə yerində aidiyyəti
qurumların əməkdaşları araşdırma aparırlar.




Velletri Prokurorluğu hadisə ilə bağlı yanğın törətmə ehtimalı
üzrə araşdırma aparır.

Qeyd edək ki, “Knds Ammo Italy” orta və iriçaplı sursat,
həmçinin aerokosmik daşıyıcılar üçün bərk yanacaq istehsal
edir.

Zavodda 2007-ci ilin oktyabrında da güclü partlayış baş verib.
Həmin vaxt müəssisə “Simmel Difesa” şirkətinə məxsus olub. Hadisə
nəticəsində bir nəfər ölüb, 13 fəhlə yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir