“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib.

Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul
edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş
Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey
Kaşuk vurub.




Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa
yazdırıb.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində
“Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi
ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın
edib – 6:0.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir