Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində 6 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Kolumbiyanın mərkəzində yerləşən Kundinamarka departamentinin
Kukunuba şəhərində kömür mədənində baş verən partlayış nəticəsində
6 mədənçi həlak olub. Bu barədə qubernator Xorxe Emilio Rey cümə
günü məlumat verib.

“Kukunubadakı El Porvenir 1 mədənində çıxış yolu olmayan 6
nəfərin xilasetmə əməliyyatları başa çatdıqdan sonra ölü vəziyyətdə
aşkar edildiyini təəssüflə bildiririk”, — Rey X sosial şəbəkəsində
yazıb.

Qubernator bildirib ki, mədən rəsmiləşdirmə prosesindən keçən
Xüsusi Qoruq Ərazisinin bir hissəsidir və yaxın vaxtlarda Milli
Mədən Agentliyi tərəfindən yoxlanılıb.




Onun sözlərinə görə, yoxlama zamanı təkmilləşdirilməsi zəruri
olan təhlükəsizlik problemləri aşkarlanıb və təkmilləşdirmə planı
həyata keçirilənədək mədəndə işlərin dayandırılması barədə qərar
qəbul edilib.

Rey bildirib ki, dayandırma qərarına baxmayaraq, əməkdaşların
niyə material hasilatı işlərini davam etdirdiyini Milli Mədən
Agentliyi müəyyənləşdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir