Hörmüzdən keçid ödənişsiz olmalıdır – Ərdoğan

Baş səhifə

Bakı.Trend:

Hörmüz boğazından gəmilərin keçidi sərbəst və ödənişsiz
olmalıdır.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Al-
Jazeera” telekanalına müsahibəsində deyib.

Türkiyə liderinin sözlərinə görə, boğazın bağlanması dünya
ticarəti üçün ciddi problemlər yaradır, çünki beynəlxalq neft
daşımalarının əhəmiyyətli hissəsi bu marşrutdan keçir.




Ərdoğan hesab edir ki, Hörmüz boğazından sərbəst gəmiçiliyin
təmin edilməsi dünya ticarətinin bərpasına və neft bazarında
vəziyyətin normallaşmasına kömək edə bilər. O, gəmilərin
hərəkətinin mümkün qədər tez bərpa olunmasına və beynəlxalq
gəmiçiliyə maneələrin aradan qaldırılmasına çağırıb.

“Biz bunu dəstəkləyirik və İran da bunu dəstəkləyir. Dünya
ticarətindəki bu pozuntulara son qoyulacağını gözləyirik”, – deyə
Türkiyə Prezidenti bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir