
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının
baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması
barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121”
Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması
nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün
deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə
qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı
vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb
İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət
Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

