
Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail özünə
təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna
dözməyəcək.
“Biz İsrail üçün təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi
mövcudluğuna dözməyəcəyik”, — deyə o bildirib. Netanyahunun
açıqlamalarını onun ofisi yayıb.
“Biz mesajı açıq şəkildə çatdırdıq: buna ehtiyac yoxdur.
Görünür, bu mesaj kifayət qədər yaxşı eşidilməyib, ona görə də onun
daha yaxşı başa düşülməsini təmin etdik”, — deyə Netanyahu əlavə
edib.
Daha əvvəl Netanyahunun ofisi bildirmişdi ki, Suriya ölkənin
şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə imkan
verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonun
“pozulmasına yaxınlaşıb”.
Bundan əvvəl Syria TV telekanalı avqustun 18-də İsrail Hərbi
Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi
aerodroma zərbələr endirdiyini iddia edib. Kanalın məlumatına görə,
hücumlar maddi ziyana səbəb olub.

