
Bakı. Trend:
“Comex” birjasında oktyabr ayında çatdırılma şərti ilə qızıl
üzrə fyuçers müqaviləsinin qiyməti bir troya unsiyası üçün 4 700
dollar həddindən yuxarı qalxıb.
Bu, ticarət platformasının məlumatlarından aydın olur.
Sonuncu dəfə qiymətli metal 2026-cı ilin may ayında belə baha
satılıb.
Bakı vaxtı ilə saat 06:10-a olan məlumata görə, qızılın
kotirovkaları 0,55 % artım nümayiş etdirərək bir troya unsiyası
üçün 4 706,4 dollara çatıb.
Saat 06:30-a fyuçersin dəyərinin artım tempi yüksəlib – qiymət
bir troya unsiyası üçün 4 713,8 dollar təşkil edib ki, bu da 0,77 %
artım deməkdir.

