Tələbə adını qazanan jurnalist övladları 

Baş səhifə

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin açıqlanması bir sıra ailələr kimi, media nümayəndələrinin ailələrində də sevincə səbəb olub. Müxtəlif media qurumlarında çalışan jurnalistlərin və mətbuat xidməti əməkdaşlarının övladları yüksək təhsil pilləsinə qədəm qoyaraq tələbə adını qazanıblar.

Modern.az-ın tələbə adını qazanan jurnalist övladlarını təqdim edir.

Tələbə adının qazananlardan biri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın qızı olub.

1543220Anewz TV-nin əməkdaşı, jurnalist Anzulə Pərvizqızının qızı Əlvan da bu il universitetə qəbul olanlar sırasındadır.

1543223

Bakı Dövlət Universitetin Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun qızı Nur da ali məktəbə qəbul olub. O, Dövlət Gömrük Komitəsinin Akademiyasının “Beynəlxalq ticarət və logistika” ixtisasını seçib.

1543218Jurnalist Elşad Paşasoyun oğlu Murad Paşa Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub

1543219

AZƏRTAC-ın əməkdaşı Elxan Yunislinin oğlu Ayxan 657 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.

1543221Tanınmış tele-aparıcıvə prodüsser Lamiyə Ələkbərovanın oğlu Nicat da ali təhsil müəssisəsinə qəbul olunaraq ailəsinə sevinc yaşadıb.

1543217

Qeyd edək ki, ali məktəblərə qəbulun nəticələrinin açıqlanması ilə on minlərlə gənc yeni tədris ilindən etibarən tələbə həyatına başlayacaq.

Modern.az bütün yeni tələbələri təbrik edir, onlara gələcək təhsillərində və həyat yollarında uğurlar arzulayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir