
Bakı. Trend:
Avqustun 26-da Bakıda və bölgələrdə güclü külək əsəcək.
Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron
yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava
şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sarı
xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi, Naxçıvan, Göygöl,
Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı,
Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala,
Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan,
Cəlilabad, Masallı, Yardımlı, Lerik, Cəbrayılda isə sarı
xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.
Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun
olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək
təşkil edəcək.

