Hazırda İranla danışıqlar aparmırıq – Ağ Ev rəsmisi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası hələlik İranla
münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlar
aparmır.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.




“Hazırda danışıqlar aparılmır. Prezident onların danışıqlar
masası arxasına əyləşməyə və ciddi müzakirələr aparmağa hazır
olduqlarını hiss edənədək vəziyyət belə davam edəcək”, – deyə o,
“Fox News” telekanalının efirində bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz
boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsi ilə İran ərazisinə
bir neçə seriya zərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald
Tramp İranla atəşkəs rejiminin ləğv edildiyini açıqlayıb. Buna
cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və
Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir