Polşa ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir

Baş səhifə

Polşa öz ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir.

“Reuters”in xəbərinə görə, bunu Polşa müdafiə nazirinin müavini Pavel Zalevski deyib.

O, ölkəsinin NATO-nun nüvə çəkindiriciliyinə aid edilməsini istədiyini, lakin bunun Polşa ərazisində nüvə başlıqlarının yerləşdirilməsi mənası vermədiyini bildirib və Polşanın bunu arzulamadığını vurğulayıb.

Nazir müavini əlavə edib ki, rəsmi Varşava ölkədə ABŞ hərbi mövcudluğunun artırılmasında maraqlıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir