2028-ci il cüdo üzrə dünya çempionatına İsveçrə ev sahibliyi edəcək

Baş səhifə

Bakı. Trend:

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna
şəhərində təşkil olunacaq.

Bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF) məlumat yayıb.

Bildirilir ki, dünya çempionatının İsveçrədə keçirilməsi ilə
bağlı razılaşma BCF ilə İsveçrə Cüdo Federasiyası arasında
imzalanıb.




İsveçrə Cüdo Federasiyasının prezidenti Sergey Aşvanden ölkəsinə
göstərilən etimadı həm böyük şərəf, həm də ciddi məsuliyyət kimi
qiymətləndirib. Onun sözlərinə görə, 2026 və 2027-ci illərdə
keçiriləcək Böyük Dəbilqə yarışlarından sonra 2028-ci il dünya
çempionatı İsveçrədə cüdonun daha da inkişaf etdirilməsi üçün mühüm
imkan yaradacaq.

Aşvanden bildirib ki, məqsəd yarışın Lozanna şəhərinin, Vo
kantonunun və bütövlükdə İsveçrə cüdosunun tarixində əhəmiyyətli və
yaddaqalan iz buraxmasını təmin etməkdir.

Xatırladaq ki, böyüklər arasında cüdo üzrə 2026-cı il dünya
çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək. 2027-ci ildə
isə dünya çempionatına Qazaxıstan ev sahibliyi edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir