Yakutiyada meşə yanğınları yaşayış məskənlərinə keçib. Artıq Arılax kəndinin sakinləri təxliyə edilir.
İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
Qeyd edək ki, hazırda Saxa Respublikası təbii fəlakətin cəngindədir – 110 min hektar alovlara bürünüb.
Alovla mübarizəyə ümumilikdə 1044 nəfər, meşə yanğınından mühafizə xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yerli əhalidən könüllülər cəlb olunub.
Mənbə: “Mash” “Telegram” kanalı
www.102info.az