Süni intellekt özünü məşhur filosof kimi təqdim etdi

Dünya

“OpenAI” şirkəti tərəfindən qurulan GPT-3 süni intellektinə fəlsəfə professoru və Tafts Universitetində Koqnitiv Tədqiqatlar Mərkəzinin direktoru Daniel K. Dennettin əsərləri öyrədilib. Bundan sonra insanlardan verdikləri sualın cavablarını süni intellekt və Dennetin şəxsi cavabları ilə müqayisə etmələri istənib.

Bir çoxları hansı cavabın kompüterə, hansının isə filosofun özünə aid olduğunu müəyyən etməkdə çətinlik çəkiblər. Hətta professorun əsərləri üzrə ekspertlər də yalnız 50% hallarda cavabın kimə aid olduğunu düzgün seçə biliblər.

Ümumilikdə isə doğru müəyyənləşdirmə əmsalı 20% təşkil edib.

Beləliklə də, süni intellekt məşhur filosofu uğurla təqlid edib.

Mənbə: ferra.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir