Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının
Prezidenti Zati-aliləri cənab To Lama təbrik məktubu
ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:

“Zati-aliləri,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən
xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının
artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost
Vyetnam mühüm nailiyyətlər qazanmışdır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət,
etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək
səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi
daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.

Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari,
energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar
sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı
imkanlar vardır.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında
dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da
uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət
edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir