Tovuzda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub – YENİLƏNİB + FOTO

Cəmiyyət

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Rəna Tağıyeva hadisə yerində dünyasını dəyişib.

Tovuz rayon sakini, 2016-cı il təvəllüdlü Fərid Tağıyev, 1963-cü il təvəllüdlü Fərman Tağıyev, 1995-ci il təvəllüdlü Alıyev Rəmzi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

21:57

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir