“Netflix”in populyar layihələrindən biri olan “The Witcher” serialının üçüncü mövsümünün çəkilişləri baş rol ifaçısı Henri Kavilin koronavirus testinin müsbət çıxması səbəbindən dayandırılıb.
Plana əsasən, serialın çəkilişləri fasilədən sonra iyulun 25-də bərpa edilməli idi. Lakin bu, baş verməyib.
Qeyd edək ki, serialın üçüncü mövsümünün yayım tarixi hələ ki, açıqlanmayıb.
Mənbə: lenta.ru
www.102info.az