Ermənistanda keçmiş maliyyə naziri məhkəməyə xərəkdə gətirilib və həbs olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi ölkənin
keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri
Qaqik Xaçaturyan barəsində iki aylıq həbs qətimkan tədbiri
seçib.

Ermənistan KİV-in yazdığına görə, Xaçaturyan ötən gün
saxlanılıb. Səhhətində yaranan problemlər səbəbindən o, məhkəməyə
xərəkdə gətirilib.




Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, cinayət işi
xüsusilə külli miqdarda rüşvət alma və pul vəsaitlərinin yuyulması
ilə bağlıdır.

Xaçaturyan 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinə
rəhbərlik edib, 2014-2016-cı illərdə isə Ermənistanın maliyyə
naziri vəzifəsini tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir